28 
Apr
2017
12:27
30
106
3905
Virtual karabakh

Robert Prosineçki bukmekerdə pul uduzub

28 Apr, 2017
12:27
3905

Robert Prosineçki bukmekerdə pul uduzub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. 

Oxu.Az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.

Belə ki, o, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.

48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.

Bu kupona 10 min Serbiya dinarı məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8-10 faiz artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri