30 
Apr
2017
14:09
171
284
19199
Virtual karabakh

“Bakı Marafonu - 2017”nin qalibləri müəyyənləşdi – YENİLƏNİB + FOTO

30 Apr, 2017
14:09
19199

“Bakı Marafonu - 2017”nin qalibləri müəyyənləşdi – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nın kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladimir Demyanov isə III yerə sahib çıxıb. Qadınların arasında isə Türkiyə vətəndaşı Yayla Kılıc, ukraynalı Valentina Poltovska və iranlı Persina Arap müvafiq olaraq I-III yerləri tutublar.

Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci yerləri tutan şəxslərə Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə olunub. Altıncı, yeddinci və səkkizinci yerlərin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə hədiyyə kuponları verilib.

12:44

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin qalibi məlum olub.

Oxu.Az xəbər verir ki, marafonda kişilər arasında birinci yerə 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan çıxıb.

İkinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, üçüncü yerə Rusiya vətəndaşı Vladimir Demyanov çıxıblar.

Qadınlar arasında ilk yeri də Türkiyə vətəndaşı Yayla Kiriçtli tutub. İkinci yerdə Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yerdə isə İran vətəndaşı Persina Arap qərarlaşıb.

10:30

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.

Oxu.Az xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

Saat 10:00-da start götürən marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. 

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

“Bakı Marafonu 2017” yarışında qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

“Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Foto: AZƏRTAC
S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri