13 
May
2017
12:16
133
113
6376
Virtual karabakh

Nurəddin Mehdixanlı İslamiadanın açılış mərasimindəki obrazından danışdı

13 May, 2017
12:16
6376

Nurəddin Mehdixanlı İslamiadanın açılış mərasimindəki obrazından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimində tamaşaçıların diqqətinin çəkən özünün Baba rolundan və Mina obrazını canlandıran Eleonora Yusifovadan danışıb.

Bu barədə Oxu.Az AzNews.az-a istinadla xəbər verir.

“Baba rolunda mən oynadım. Həmin rola məni Akademik Milli Dram Teatrının aktyoru olaraq dəvət olunmuşdum. Mina obrazını canlandıran Eleonora Gimnastika Federasiyasının yetirməsidir. Federasiyanın nəzdində məktəb var, orada təhsil alır. Onun 13 yaşı var. Çox istedadlıdır. İki ay biz onunla bir yerdə çalışdıq. Hər gün məşqə gəlirdi. Heç vaxt demədi ki, yoruldum. Kiçik yaşlarından bədii gimnastika sahəsində olub”, - deyə o bildirib.

Nurəddin Mehdixanlı Baba rolunun əsas ideyasının açıqlayıb: “Baba öz nəvəsini sabaha hazırlamalı idi. O, keçmişi, tarixin səhifələrini, dilindən-dinindən asılı olmayaraq, insanların biri-birini sevməsini nəvəsinə öyrədir. Baba hiss edir ki, nəvəsi artıq hər şeyi bilir, bütün bildiklərini onun vasitəsi ilə özündən sonra gələn nəsilə ötürdü”.

Nurəddin Mehdixanlı Mina roluna görə Elenora Yusifovadan savayı, 5 gimnastın dəvət olunduğunu vurğulayıb:

“Onun 5 nəfər dublyoru vardı. Allah eləməsin, birdən-birə hadisə baş versəydi, onda onu əvəzləyə biləcəkdilər”.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri