13 
May
2017
13:05
790
33
9468
Virtual karabakh

Bakı 2017: Beşqat dünya çempionumuz bütün rəqiblərini məğlub etdi

13 May, 2017
13:05
9468

Bakı 2017: Beşqat dünya çempionumuz bütün rəqiblərini məğlub etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.

Oxu.Az-ın Trend-ə istinadən vrdiyi məlumata görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.

Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri