13 
May
2017
21:00
1036
44
20987
Virtual karabakh

Rafael Ağayev İslamiadada qızıl medal qazanıb

13 May, 2017
21:00
20987

Rafael Ağayev İslamiadada qızıl medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Oxu.Az-ın report-a istinadən məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib. 

Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri