16 
May
2017
15:49
169
49
5504
Virtual karabakh

İslamiada: Ruslan Lunyov dördüncü qızıl medalını qazanıb

16 May, 2017
15:49
5504

İslamiada: Ruslan Lunyov dördüncü qızıl medalını qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, idmançımız hamıdan çox - 240,7 xal toplayıb.

İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb.

Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

Mayın 15-də isə Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını aktivinə yazdırıb. İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri