16 
May
2017
19:27
197
58
3184
Virtual karabakh

Bakı-2017: Azərbaycan aktivinə daha iki qızıl medal yazdırdı

16 May, 2017
19:27
3184

Bakı-2017: Azərbaycan aktivinə daha iki qızıl medal yazdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ikinci qızıl medalını qazanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Bundan əlavə, 800 m məsafəyə sərbəst üsulla üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb. Onun finaldakı nəticəsi 7:54.34 olub.

İkinci yeri İndoneziya üzgüçüsü Aflah Pravira, üçüncü yeri isə türkiyəli Ediz Yıldırımer tutub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri