17 
May
2017
12:03
27
221
4327
Virtual karabakh

Azad Rəhimovdan Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi iddiasına AÇIQLAMA + FOTO

17 May, 2017
12:03
4327

Azad Rəhimovdan Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi iddiasına AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Əsas Media Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının geridə qalan yarış günləri ərzində yüksək nəticələr əldə etdiklərini bildirib.

Onun sözlərinə görə, İslamiadada rəqabət böyükdür:

“Bu günə qədər idmançılarımız 81 medal qazanıblar. Onlardan 41-i qızıldır. İndiyə kimi 131 medal dəsti verilib. Yarışlarda iştirak edən 26 ölkənin təmsilçiləri medal qazanıblar. Bu da İslamiadada rəqabətin olmasının göstəricisidir. Hazırda 7 boksçumuz yarımfinaldadır, bu, 7 medal deməkdir. Voleybol və futbol yığmalarımız mübarizəni davam etdirirlər. Su polosu komandamız 3-cü yer uğrunda oynayacaq. Bu gün bizim üçün sevimli olan güləş yarışları başlayır. Yəni, irəlidə daha çox medal qazanmaq imkanımız var”.

Nazir gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ehtimalına münasibət bildirib. O, bununla bağlı qərarı Milli Olimpiya Komitəsinin (MOK) verdiyini söyləyib: “Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı qərarı MOK və onun prezidenti formalaşdırır. 2024-cü illə bağlı sifarişin verilməməsi məqsədəuyğun sayıldı. 2028-ci ilə isə hələ çox var”.

Hazırda medal əyarında da Türkiyədən sonra 2-ci pillədə qərarlaşan Azərbaycanın İslamiadanı 1-ci sırada bitirmək şansını dəyərləndirən nazir idmançıların bunu bacaracaq potensiala sahib olduqlarını qeyd edib:

“Kompleks yarışlarda gərginlik olur. Ən güclü idmançı uduza, nəticə gözləmədiyimiz isə qalib gələ bilər. Şanslarımız yüksəkdir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında İslam ölkələri arasında birinci olduğumuz kimi, burada da qalib gələ bilərik”.

A.Rəhimov İslamiadanın Azərbaycandan kənarda da işıqlandırıldığını vurğulayıb: “Açılış mərasimi və yarışlarla bağlı xəbərlərə xarici mətbuatda rast gəlirik. Məsələn, İtaliya kimi ölkədə də İslamiada haqda müsbət xəbərlər dərc olunur. Oyunların gedişi, idman arenalarındakı ab-hava İslamiadanı yüksək səviyyədə keçirdiyimizi deməyə imkan verir”.

Foto: İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri