17 
May
2017
11:56
269
42
15015
Virtual karabakh

Rafael Ağayev: Oğlumun “Yuventus”da oynamasını istəyirəm – VİDEO

Karatenin “Brilyant oğlanı” Rafael Ağayev “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Rafael Ağayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qələbələrdən danışıb.

O, qazandığı uğurlar üçün ilk növbədə ailəsinə minnətdar olduğunu bildirib. Daha sonra isə o, karateyə gəlməsindən danışıb. Bildirib ki, daha çox futbolçu olmağa meyilli olub.

Ağayevin sözlərinə görə, hətta 19 yaşında Avropa çempionu olduqdan sonra karate ilə vidalaşıb, futbola başlamaq istəyib. Lakin bu idman növünü seçdiyi üçün də peşman olmayıb. Yeni doğulan oğlundan danışan idmançı onun da özü kimi idmanla məşğul olmasını, gələcəkdə çempion olmasını arzuladığını bildirib. Rafael Ağayev oğlu Ramalın futbolçu olmasını arzuladığını da əlavə edib.

“Oğlumun, hələ ki, Azərbaycanda oynamasını istəmirəm. Çox istərdim ki, o, İtaliyanın “Yuventus” klubunda oynasın. Bunun üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri