18 
May
2017
17:35
201
67
5314
Virtual karabakh

Əlcəzair yığmasının baş məşqçisi Azərbaycan hakimlərindən şikayətləndi

18 May, 2017
17:35
5314

Əlcəzair yığmasının baş məşqçisi Azərbaycan hakimlərindən şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlcəzair yığmasının baş məşqçisi Amir Şafik komandasının IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində Azərbaycan millisinə 0:2 hesablı məğlubiyyətini şərh edib. 

Oxu.Az 1news.az-a istinadən xəbər verir. 

“İlk olaraq ev sahiblərinə təşəkkür etmək istərdim. Rəqibi yaxşı öyrənə bilmədik. Amma yenə də qələbəyə ümid edirdik. Amma heç vaxt oyunun hansı axarda gedəcəyini müəyyən etmək mümkün deyil. Oyunun hakimləri ədalətli deyildilər. 

Xüsusən də yan xətt hakimlərinin oyundankənar vəziyyətlər və sarı vərəqələrlə bağlı səhvlər oldu. Lakin öncədən demişdim ki, bura oyun praktikası qazanmaq üçün gəlmişdik. Bizim komanda 20 yaşadək futbolçulardan təşkil olunub. Azərbaycanda isə 23 yaşadək futbolçular çıxış edir. Ona görə də hakimin köməyinə ehtiyacları yoxdur. Bizim hakimlərə təzyiq göstərmək fikrimiz yoxdur. Amma bunu görməmək mümkün deyildi”, - A.Şafik deyib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri