18 
May
2017
20:18
394
33
2920
Virtual karabakh

Məhəmmədrəsul Məcidov İslam Həmrəyliyi Oyunlarının qalibi olub

18 May, 2017
20:18
2920

Məhəmmədrəsul Məcidov İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı başa çatıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, sonuncu final görüşündə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov suriyalı Manaf Asaadla qarşılaşıb.

Həlledici görüşdə təmsilçimiz daha üstün oyun nümayiş etdirərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 57-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri