18 
May
2017
20:56
379
49
3456
Virtual karabakh

İslam Abbasov da qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə növbəti qızıl medal qazandırıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, final mübarizəsində idmançımız Türkiyə təmsilçisi Cengiz Əli ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İdman xəbərləri