19 
May
2017
14:00
183
30
3810
Virtual karabakh

Natalya Məmmədova yenidən Azərbaycan yığmasına çağırılıb

19 May, 2017
14:00
3810

Natalya Məmmədova yenidən Azərbaycan yığmasına çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. 

Oxu.Az-ın Apasport-a istinadən məlumatına görə, komandamızın baş məşqçisi Faiq Qarayev dünya çempionatının seçmə mərhələsi üçün 22 oyunçuya sifariş göndərib.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan komandamıza Natalya Məmmədova da qoşulub. 2013-cü ildən milli karyerasını bitirdiyini açıqlayan və həmin vaxtdan əsas yığmamızda oynamayan İsveçrə “Volero”sunun kapitanı artıq Bakıdadır. O, bu gündən komandaya qoşulacaq.

Yığmamız isə Bakıda keçiriləcək oyunların hazırlığı üçün Bolqarıstana yollanacaq. Mayın 21-də burda başlayacaq təlim-məşq toplanışı 1 həftə davam edəcək.

Azərbaycan millisinin heyəti: Ceyran Əliyeva, Kseniya Poznyak, Anastasiya Qurbanov, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yekaterina Jitkova, Valeriya Məmmədova, Yekaterina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, Marqarita Əzizova, Yana Əzizova, Anastasiya Bessonova, Ülkər Kərimov, Yuliya Kərimova, Yana Kulan, Natalya Məmmədova, Kseniya Pavlenko, Yelizaveta Səmədova.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində C qrupunda Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsraillə oynayacaq. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri