19 
May
2017
20:40
321
38
4387
Virtual karabakh

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

19 May, 2017
20:40
4387

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.

Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri