İslamiada: Azərbaycan medal əyarında liderliyini qoruyub - CƏDVƏL
İslamiada: Azərbaycan medal əyarında liderliyini qoruyub - CƏDVƏL
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları günü 10 medalla başa vurublar.
Oxu.Az Report-a istinadən xəbər verir ki, medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc əyarlı olub.
Qızıl medallara sərbəst güləşçi Hacı Əliyevlə (61 kq) Cəmaləddin Məhəmmədov (125 kq), eləcə də para-atletikanın T11 kateqoriyası üzrə uzununa tullanma yarışında Elçin Muradov yiyələnib.
Gümüş medalları sərbəst güləşçi Murtuzəli Müslümov (70 kq), zorxana komandası, 10 metrlik platformadan suya tullanma yarışında Artyom Danilov, para-atletikanın uzununa tullanma yarışında Kamil Əliyev əldə edib.
Bürünc medallara sərbəst güləşçi Şərif Şərifov (86 kq), para-atletikanın uzununa tullanma yarışında T11 kayeqoriyasında Zeyniddin Bilalov, T12 kateqoriyasında isə Oleq Panyutin sahib olub.
Bununla da Azərbaycanın aktivindəki medalların sayı 134-ə yüksəlib. Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürünc əyarlıdır. Türkiyə isə 65 qızıl, 58 gümüş, 49 bürünc olmaqla, ümumilikdə 172 medal əldə edib. Beləliklə, Azərbaycan medal əyarında liderliyini qoruyub.
1 | Azərbaycan | 66 | 39 | 29 | 134 | |
2 | Türkiyə | 65 | 58 | 49 | 172 | |
3 | İran | 24 | 25 | 33 | 82 | |
4 | Özbəkistan | 15 | 15 | 30 | 60 | |
5 | Bəhreyn | 12 | 5 | 4 | 21 | |
6 | Əlcəzair | 7 | 12 | 18 | 37 | |
7 | Mərakeş | 7 | 5 | 14 | 26 | |
8 | İndoneziya | 6 | 29 | 20 | 55 | |
9 | Misir | 6 | 4 | 7 | 17 | |
10 | Səudiyyə Ərəbistanı | 4 | 1 | 6 | 11 | |
11 | Qırğızıstan | 3 | 4 | 7 | 14 | |
12 | İordaniya | 3 | 1 | 11 | 15 | |
13 | Qazaxıstan | 2 | 4 | 10 | 16 | |
14 | Türkmənistan | 2 | 4 | 6 | 12 | |
15 | İraq | 2 | 4 | 4 | 10 | |
16 | Suriya Ərəb Respublikası | 2 | 2 | 6 | 10 | |
16 | Qətər | 2 | 2 | 6 | 10 | |
18 | Tunis | 1 | 2 | 8 | 11 | |
19 | Kamerun | 1 | 2 | 5 | 8 | |
20 | Seneqal | 1 | 1 | 1 | 3 | |
21 | Banqladeş | 1 | 1 | 0 | 2 | |
21 | Qambiya | 1 | 1 | 0 | 2 | |
23 | Qvineya-Bisau | 1 | 0 | 1 | 2 | |
23 | Mozambik | 1 | 0 | 1 | 2 | |
23 | Benin | 1 | 0 | 1 | 2 | |
26 | Pakistan | 0 | 3 | 5 | 8 | |
27 | Nigeriya | 0 | 3 | 1 | 4 | |
28 | Oman | 0 | 2 | 4 | 6 | |
29 | Birləşmiş Ərəb Əmirliyi | 0 | 1 | 3 | 4 | |
30 | Surinam | 0 | 1 | 2 | 3 | |
30 | Qayana | 0 | 1 | 2 | 3 | |
32 | Cibuti | 0 | 1 | 1 | 2 | |
33 | Uqanda | 0 | 1 | 0 | 1 | |
34 | Fil Dişi Sahili | 0 | 0 | 4 | 4 | |
35 | Əfqanıstan | 0 | 0 | 1 | 1 | |
35 | Livan | 0 | 0 | 1 | 1 | |
35 | Malayziya | 0 | 0 | 1 | 1 | |
38 | Albaniya | 0 | 0 | 0 | 0 | |
38 | Bruney Darüssəlam | 0 | 0 | 0 | 0 | |
38 | Burkina-Faso | 0 | 0 | 0 | 0 | |
38 | Çad | 0 | 0 | 0 | 0 | |
38 | Yəmən | 0 | 0 | 0 | 0 | |
38 | Qabon | 0 | 0 | 0 | 0 | |
38 | Qvineya | 0 | 0 | 0 | 0 | |
38 | Maldiv adaları | 0 | 0 | 0 | 0 | |
38 | Mali | 0 | 0 | 0 | 0 | |
38 | Mavritaniya | 0 | 0 | 0 | 0 | |
38 | Niger | 0 | 0 | 0 | 0 | |
38 | Fələstin | 0 | 0 | 0 | 0 | |
38 | Syerra-Leone | 0 | 0 | 0 | 0 | |
38 | Somali | 0 | 0 | 0 | 0 | |
38 | Tacikistan | 0 | 0 | 0 | 0 | |
38 | Toqo | 0 | 0 | 0 | 0 | |
38 | Qəmər adaları | 0 | 0 | 0 | 0 |