21 
May
2017
10:40
175
52
4026
Virtual karabakh

“Bavariya” Almaniya çempionatını pivə “duş”u ilə başa vurdu – VİDEO

21 May, 2017
10:40
4026

“Bavariya” Almaniya çempionatını pivə “duş”u ilə başa vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Münhen “Bavariya”sının futbolçuları Almaniya çempionatının son oyununda da qələbə qazanıblar və növbəti çempionluqlarını bayram ediblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, idmançıların bayram şənliyini nümayiş etdirən videogörüntülər klubun “Youtube”dakı rəsmi kanalına yerləşdirilib.

Münhenlilərin “Fraysburq”la 4:1 hesablı qələbə matçından sonra futbolçular və məşqçi heyəti bir-birlərinin üstünə pivə töküblər. Onlar arasında ən fəalları isə Filip Lam və Habi Alonso olub. Bu görüş karyeralarını başa vuran futbolçular üçün sonuncu olub.

Münhen “Bavariya”sı 27-ci dəfə Almaniyanın çempionu adını qazanıb. Klub 2016/17 turnirinin başa çatımasına 3 tur qalmış liderliyə yüksəlib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri