21 
May
2017
17:38
282
37
5089
Virtual karabakh

İslamiada: Rüfət Gülalıyev zorxana yarışlarında qızıl medala sahib olub – FOTO

21 May, 2017
17:38
5089

İslamiada: Rüfət Gülalıyev zorxana yarışlarında qızıl medala sahib olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 21-də Azərbaycan idmançısı Rüfət Gülalıyev IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, yarışların ikinci gününün birinci yarısında idmançılar səngi, milbazi və çərxi-tiz fərdi növləri üzrə məharətlərini nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən, zorxana yarışlarının səngi növü üzrə qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü Salim Musoke təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Günün ikinci yarısında isə kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər məlum olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri