21 
May
2017
22:55
384
77
10461
Virtual karabakh

Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub

21 May, 2017
22:55
10461

Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Oxu.Az Report-a istinadan xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv finalda Oman yığmasını 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matçda meydan sahiblərindən hər iki qola "Qarabağ"ın hücumçusu Mahir Mədətov imza atıb. Rəqib komanda ikinci hissədə təsəlli qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, İslamiadanın bürünc mükafatçısı 3-cü yer uğrunda görüşdə Kamerunu 2 cavabsız qolla üstələyən Əlcəzair olub.

FİNAL
21:00. Azərbaycan - Oman - 2:1
Qollar: Mahir Mədətov, 16; 27 - Salah əl-Yəhyayi, 56
Tofiq Bəhramov adına Respublika stadionu

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri