22 
May
2017
16:07
169
40
3830
Virtual karabakh

Bu gün İslamiadanın bağlanış mərasimi olacaq

22 May, 2017
16:07
3830

Bu gün İslamiadanın bağlanış mərasimi olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.

Mərasimdə İslamiadada iştirak etmiş ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək. Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.

Qeyd edək ki, “Bakı 2017”-də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc medalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda təşkil edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri