22 
May
2017
23:50
265
278
20926
Virtual karabakh

İslamiadanın bağlanış mərasimi keçirilib – YENİLƏNİB

22 May, 2017
23:50
20926

İslamiadanın bağlanış mərasimi keçirilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, mərasimdə Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. 

Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

22:28

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı endirilib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, mərasimdə növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunub.

İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyə nümayəndəsinə təqdim olunub. Türkiyənin dövlət bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

21:20

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.

Oxu.Az-ın məlumatına görə, mərasimdə İslamiadada iştirak edən ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək. 

Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri