23 
May
2017
14:36
61
12
1484
Virtual karabakh

Maksim Averinin dopinq qalmaqalı ilə bağlı qərar açıqlandı

23 May, 2017
14:36
1484

Maksim Averinin dopinq qalmaqalı ilə bağlı qərar açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2017-ci ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

Oxu.AzQafqazinfo”-ya istinadən xəbər verir ki,  bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük “İstiran Spring Trophy” yarışı zamanı Maksim Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün Beynəlxalq Velosipedçilər İttifaqı və Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılmışdı.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən cərrahiyyə əməliyyatı olunan Maksim Averin bu preparatdan həkimin tövsiyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. 

Bu səbəbdən də Beynəlxalq Velosipedçilər İttifaqı qəbulu qadağan edilmiş meldonium preparatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq uzunmüddətli cəzadan vaz keçib və Maksim Averin 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri