23 
May
2017
16:27
35
305
1733
Virtual karabakh

Nazir: Bakıda İslamiada Olimpiya oyunlarından daha yüksək səviyyədə keçirilib

23 May, 2017
16:27
1733

Nazir: Bakıda İslamiada Olimpiya oyunlarından daha yüksək səviyyədə keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları Avropa Oyunlarından zəif keçmədi”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekun mətbuat konfransı zamanı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu gün ölkə başçısı idmançılarla görüşüb.

O bildirib ki, Rio-de-Janeyroda Olimpiya Oyunlarında yüksək nəticə qazananlar İslam Oyunlarında da uğur əldə edib. Yığmamız 75 qızıl medalla İslam Oyunlarında birinciliyi əldə edib.

“İslam Həmrəyliyi Oyunları heç də Avropa Oyunlarından zəif keçmədi. Qürur hissi ilə deyə bilərik ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirilib”.

Elvin Əhmədov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri