25 
May
2017
00:41
177
100
12073
Virtual karabakh

“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu – VİDEO

25 May, 2017
00:41
12073

“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubu futbol üzrə Avropa Liqasının 2016/2017 mövsümünün qalibi olub.

Oxu.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” həlledici görüşdə Hollandiyanın “Ayaks” komandasını 2:0 hesabı ilə məğlub ediblər.

Stokholmun “Friends Arena” stadionunda keçirilən qarşılaşmada hesabı 18-ci dəqiqədə Pol Poqba açıb. 

İkinci hissənin əvvəllərində, 48-ci dəqiqədə, Henrik Mxitaryan ikinci topu “Ayaks” qapısından keçirib.

Avropa Liqasının qalibi olmaqla, Joze Maurinyonun yetirmələri həmçinin Çempionlar Liqasının 2017/2018 mövsümünə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, “Mançester Yunayted” klubu bu il İngiltərə çempionatını 6-cı yerdə başa vurub. 

S.B.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri