26 
May
2017
14:00
75
17
2029
Virtual karabakh

“Kəpəz” 3 legioneri ilə yollarını ayırıb

26 May, 2017
14:00
2029

“Kəpəz” 3 legioneri ilə yollarını ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəpəz” klubu 3 futbolçu ilə yollarını ayırıb. 

Oxu.Az-ın Gəncə təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yeni müqavilə bağlanılmayıb. 

Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

“Kəpəz” rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında uğurlar arzulayır. Renan Alveslə isə yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri