27 
May
2017
22:40
242
53
2113
Virtual karabakh

Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib

27 May, 2017
22:40
2113

Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Çexiyanın Raçitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. 

Oxu.Az xəbər verir ki, 27 yaşlı idmançı bu nailiyyətə 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə imza atıb.

Aleksandrov təsnifat mərhələsində finişə 7 dəqiqə 12,350 saniyəyə 5-ci çatıb. Bundan sonra təsəlliverici mərhələyə qatılan təcrübəli avarçəkən 7 dəqiqə 9,740 saniyə nəticə ilə növbəti mərhələyə adlayıb. Bu gün baş tutan yarımfinalda isə o, 7 dəqiqə 2,610 saniyə göstərici ilə yenə ikinci olub. 

Nəticədə Azərbaycan təmsilçisi xorvatiyalı Damir Martin (07:00.360) və fransalı Uqo Buşeronla (07:02.970) birgə həlledici mərhələdə iştirak hüququna yiyələnib. Digər yarımfinal yürüşündə isə ilk üç yeri çexiyalı Ondrey Sinek (06:54.080), belaruslu Stanislav Şerbaçenya (06:55.550) və almaniyalı Tim Ole Naske (06:57.010) tutub.

Beləliklə, 6 akademik avarçəkənin iştirakı ilə final yürüşü mayın 28-də Bakı vaxtı ilə saat 16:03-də başlanacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri