29 
May
2017
11:29
331
140
5133
Virtual karabakh

Messi dördüncü dəfə “Qızıl buts”a sahib çıxdı

29 May, 2017
11:29
5133

Messi dördüncü dəfə “Qızıl buts”a sahib çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın lideri Lionel Messi 2016/2017 mövsümünün yekunlarına əsasən “Qızıl buts” mükafatına layiq görülüb.

Oxu.Az-ın məlumatına görə, mükafat Avropa liqalarında rəqib qapılarına ən çox qol vuran futbolçuya verilir.

Argentinalı hücumçu ötən mövsüm İspaniya çempionatında 37 dəfə fərqlənib. İkinci yerdə qərarlaşan “Sportinq”in futbolçusu Bas Dost 34, üçüncü pillənin sahibi Dortmundun “Borussiya” klubunun oyunçusu Pyer-Emerik Obameyyanq isə 31 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, L.Messi “Qızıl buts” mükafatını dördüncü dəfədir ki, qazanır. Hücumçu bundan əvvəl 2010, 2012 və 2013 illərdə Avropanın ən məhsuldar futbolçusu olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri