29 
May
2017
15:15
286
26
8967
Virtual karabakh

Totti karyerasını göz yaşları ilə bitirdi – VİDEO

29 May, 2017
15:15
8967

Totti karyerasını göz yaşları ilə bitirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Roma” komandasının kapitanı və klub tarixi ərzində ən yaxşı bombardiri Françesko Totti bazar günü, mayın 28-də, vida matçına çıxıb. 

Oxu.Az-ın məlumatına görə, stadionda toplaşan azarkeşlər “Roma İmperatoru” ilə birlikdə göz yaşlarını saxlaya bilməyiblər.

“Cenoa” klubuna qarşı matç romalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ümid edirdim ki, bu gün heç vaxt olmayacaq. Siz məni çətin vaxtlarımda dəstəklədiniz, buna görə hər birinizə təşəkkür edirəm. Mən dəli kimi ağlayıram. Bu illəri yaddan çıxartmaq olmaz”, - Totti stadionda azarkeşlərə müraciətində deyib.

Qeyd edək ki, F.Totti 1993-cü ildə “Roma”nın heyətində ilk oyununa çıxıb. 24 il ərzində o klubun heyətində 770 oyuna çıxıb və 360 qol vurub. İtaliya çempionu adını qazanıb, iki dəfə ölkə Kuboku və Superkubokuna sahib çıxıb.

2006-cı ildə Totti İtaliya yığmasının heyətində dünya çempionatının qızıl medalını qazanıb. Ümumilikdə milli komandada 58 matçda iştirak edib və doqquz qol vurub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri