12 
İyn
2017
19:54
76
111
8309
Virtual karabakh

Dünyanın ən bahalı futbolçuları – YENİ REYTİNQ

12 İyn, 2017
19:54
8309

Dünyanın ən bahalı futbolçuları – YENİ REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubunun və Braziliya yığmasının hücumçusu Neymar Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) tərəfindən hazırlanan “ən bahalı futbolçuların reytinqi”nə başçılıq edib.

Oxu.Az-ın xəbərinə görə, təşkilat 25 yaşlı braziliyalının transferini 210,7 milyon avro dəyərində qiymətləndirir. 

Siyahıda ikinci və üçüncü yerləri Londonun “Tottenhem” klubunun futbolçuları Dele Alli (155,1 milyon avro) və Harri Keyn (153,6 milyon avro) tutublar.

Neymarın komanda yoldaşı, Qızıl top mükafatını beşqat sahibi Lionel Messi dördüncü olub - 151,7 milyon avro.

Avropa çempionu və Çempionlar Liqasının son qalibi Kriştiano Ronaldo isə on birinci pillədə qərarlaşıb (112,4 milyon avro).

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri