13 
İyn
2017
15:14
96
28
3690
Virtual karabakh

Robert Prosineçki haqqında yazılan xəbərlərə münasibət bildirib – YENİLƏNİB

13 İyn, 2017
15:14
3690

Robert Prosineçki haqqında yazılan xəbərlərə münasibət bildirib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki affa.az-a açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, AFFA rəhbərliyi onun işindən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. R.Prosineçki bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da tam qüvvə ilə çalışmağa səy göstərəcəklərini vurğulayıb.

Baş məşqçi son günlər bəzi KİV-də yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar da fikirlərini bölüşüb: "Bu, hər bir işçi üçün normal haldır və onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən, son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq, Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.

Qeyd edək ki, Robert Prosineçkinin bu gün "Bursaspor"la müqavilə bağlamağa gedəcəyi bildirilirdi.

09:46

“Azərbaycan millisi ilə davam edən müqaviləm var. Federasiyadakı insanlar işimdən razıdırlar”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Türkiyənin “Bursaspor” klubuna keçəcəyi deyilən xorvatiyalı çalışdırıcı “goal.com” saytına açıqlamasında belə bir fikrinin olmadığını deyib: “Növbəti çağırışa qədər burada qalacam. Məsələ çox sadədir, ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişmək üçün bir səbəb yoxdur”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3 gün öncə Şimali İrlandiya ilə öz meydanında oynadığı matçda 0:1 hesabı ilə məğlub olmuşdu.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri