16 
İyn
2017
12:08
112
162
8214
Virtual karabakh

KİV: Ronaldu “Real Madrid”i tərk edir

16 İyn, 2017
12:08
8214

KİV: Ronaldu “Real Madrid”i tərk edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu klubun prezidenti Florentino Peresə bildirib ki, o, “kral klubu”nu tərk etmək niyyətindədir.

Oxu.Az-ın  “Bola”-ya istinadən verdiyi məlumata görə, səbəb İspaniya prokurorluğunun Ronaldunun ünvanına ittihamları ilə əlaqədar baş verən son hadisələrdir. 

32 yaşlı forvard fikrində qəti olduğunu və mövqeyinin dəyişməyəcəyini də deyib. 

Qeyd edək ki, Ronaldu 2011-2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə ittiham olunur. Hücumçu İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə günahlandırılır. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri