19 
İyn
2017
17:32
89
30
5670
Virtual karabakh

“Qəbələ”, “Zirə” və “İnter”in rəqibləri bəlli oldu – YENİLƏNİB

19 İyn, 2017
17:32
5670

“Qəbələ”, “Zirə” və “İnter”in rəqibləri bəlli oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın 3 təmsilçisinin rəqibi müəyyənləşib. 

“Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin qalibi ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.

15:29

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb. 

Oxu.Az xəbər verir ki, püşkatma nəticəsində ölkəmizi turnirdə təmsil edəcək “Zirə” və “İnter” rəqiblərini tanıyıblar. 

“Zirə”nin rəqibi Lüksemburqun “Differdanj” klubu olub.

Püşk "İnter"in bəxtinə isə Serbiyanın “Mladost” klubunu çıxarıb.

 “İnter” ilk oyunu səfərdə, “Zirə” isə evdə keçirəcək. 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq.

II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri