20 
İyn
2017
15:45
82
28
5410
Virtual karabakh

“Qalatasaray”da yeni transferlər: Kimlər gəlir?

20 İyn, 2017
15:45
5410

“Qalatasaray”da yeni transferlər: Kimlər gəlir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray” futbol klubu bir neçə gün ərzində yeni transferlərini açıqlayacaq.

Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, Türkiyə KİV-in yaydığı məlumata görə, əvvəlcə Bafetimbi Qomis (Suonsi), Yunes Belhanda (Dinamo Kiyev) və Maykon (San Paulo) İstanbula gələrək müqavilə imzalayacaq. 

Onların transferi ilə bağlı bütün məsələlər artıq razılaşdırılıb.

“Qalatasaray”ın transfer gündəmində olan Qael Klişinin də transferi yekunlaşmaq üzrədir. “Mançester Siti”dən ayrılan və klubsuz olan sol cinah müdafiəçisi ilə razılıq əldə olunub. Klub rəhbərliyi hazırda Kenni Tete üçün “İnter”lə, Cilbert İmbula üçün “Stok Siti” ilə danışıqları davam etdirir. Bu transferlərin də reallaşmaq şansı böyükdür.

Yalnız Vlad Çiriçesin transferində problemlər var. Belə ki, “Napoli”nin baş məşqçisi Maurizio Sarri 27 yaşlı stoperin komandada qalmasını istəyir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri