21 
İyn
2017
20:00
55
247
4600
Virtual karabakh

Bakı Formula 1-in startını gözləyir – FOTO

21 İyn, 2017
20:00
4600

Bakı Formula 1-in startını gözləyir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisinin başlanmasına iki gün qalıb.

Oxu.Az xəbər verir ki, Bakıda növbəti dəfə baş tutacaq Formula-1 yarışları 23 - 25 iyun tarixlərində baş tutacaq. 

Tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula-1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-si, saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər.

Formula-1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu və nəhayət, iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar.

Sosial mediada bəzi istifadəçilər yarışların keçirilməsinə sevindiklərini bildirsələr də, bir çoxu narazılıqlarını çatdırıblar. Xüsusilə də istifadəçiləri yarışların keçirilməsindən bir neçə gün öncə şəhərin mərkəzindəki əsas yolların və bulvarın bağlanması narahat edib.

Əlavə edək ki, Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti iyunun 19-dan məhdudlaşdırılıb. 

Formula-1 yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.  Bakı-Salyan yolunun 14-cü km-dən, Su Hövzəsi Kompleksindən, Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi nəqliyyatın hərəkəti üçün bağlıdır.

Elvin Əhmədov
FOTO: İsmayıl Nur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri