21 
İyn
2017
18:18
86
22
4137
Virtual karabakh

Messi “Mançester Siti”yə keçmək istəyirdi

21 İyn, 2017
18:18
4137

Messi “Mançester Siti”yə keçmək istəyirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barselonanın forvardı Lionel Messi keçən yay az qala İspaniyanı tərk edəcəkdi.

Oxu.Az Mundo Deportivo-ya istinadən xəbər verir ki, 2016-cı ilin yayında Leo karyerasında Barselona səhifəsini bağlayaraq, İngiltərəni fəth etmək istəyirdi. Argentinalı futbolçu sabiq təlimçisi Hosep Qvardiolo ilə birləşmək istəyirdi.  

Qeyd edilir ki, həmin dövrdə Leo Argentina yığmasının Amerika Kubokunda məğlubiyyətindən, eləcə də vergi fırıldaqçılığına dair ispan prokurorluğu tərəfindən təqiblərə görə məyus olmuşdu.

Nəticədə, Messinin İspaniyada qalma qərarına klubun prezidenti Hosel Bartomeu və dostu Luis Suares ilə söhbət təsir göstərdi. Məhz bu insanlar Messini karyerasını Barselonada davam etdirməyə razı saldılar.  

Messi peşəkar karyerasına məhz Barselonada başlayıb. Hücumçu ümumilikdə komandası üçün 631 matç keçirib və 539 qol vurub. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri