22 
İyn
2017
00:40
231
10
2843
Virtual karabakh

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

22 İyn, 2017
00:40
2843

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçısı polşalı Mateuş Polski ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb.

Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macar Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub.

Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyerlimiz qalib gələ bilməyib – 0:3.

1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri