22 
İyn
2017
13:02
52
101
1608
Virtual karabakh

Daniel Rikardo: Bakıda sürət rekordu vurmağa çalışacağıq

22 İyn, 2017
13:02
1608

Daniel Rikardo: Bakıda sürət rekordu vurmağa çalışacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda sürət rekordu vurmağa çalışacağıq (366 km\s red.), amma çox şey küləyin gücündən asılıdır. Əgər külək avtomobili qovarsa, bu, mümkün olacaq. İmkan olsa, bunu edəcəyik”. 

Oxu.Az xəbər verir ki, bu barədə Red Bull Racing-in pilotu Daniel Rikardo bəyan edib. 

Red Bull Racing-in digər pilotu Maks Ferstappen isə öz növbəsində qeyd edib ki, onun yalnız bir məqsədi var – qalib olmaq. 

“Mən erkən yaşlarımdan Formulada uğur qazanmaq istəmişəm. Atam Formulada iştirak edirdi. Mən də həmişə idmançı olmaq istəmişəm. mənim üçün Formula-1 həyatdır. Məqsədim “kral yarışlarının” qalibi olmaqdır”.

Hollandiyalı idmançı həmçinin bunun yeni tras olduğunu qeyd edib. “Tras öz-özlüyündə çox maraqlıdır. Səbirsizliklə yarışın başlamasını gözləyirəm”. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri