23 
İyn
2017
17:25
74
106
3753
Virtual karabakh

Moldova prezidenti Formula 1 Paddokunda olub– FOTO

23 İyn, 2017
17:25
3753

Moldova prezidenti Formula 1 Paddokunda olub– FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula-1 yarışlarının ilk günündə Formula-1 Paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər. Eyni zamanda, beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıqlıq olub.

“Formula One Group”un icraçı direktoru Çeyz Keri (Chase Carey) AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, Gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri