24 
İyn
2017
09:36
49
68
5551
Virtual karabakh

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyn, 2017
09:36
5551

“Qalatasaray” azarkeşlərinə şad xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray” Mərakeş yığmasının hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındır.

Oxu.az  apasport.az-a istinadən xəbər verir ki, istanbullular futbolçunu Türkiyəyə gəlməyə razı salıb.

Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. “Qalatasaray” futbolçunun klubu “Dinamo”ya (Kiyev) 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ildə 3 milyon avro qazanacaq.

Futbolçu bazar Türkiyəyə gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imzalanacaq. 

Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın “Nitsa” klubunda icarədə keçirib. Daha öncə “Şalke”yə icarəyə verilən futbolçu “Dinamo”ya qədər də “Monpelye”də top qovub.

A.H

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri