24 
İyn
2017
12:10
196
19
4844
Virtual karabakh

“Şaxtyor”un qapıçısı “Qarabağ”da

24 İyn, 2017
12:10
4844

“Şaxtyor”un qapıçısı “Qarabağ”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ”  ilk legioner transferini gerçəkləşdirib.

Oxu.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalayıb.

Ukraynalı qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri