24 
İyn
2017
13:16
228
78
6863
Virtual karabakh

Formula-2-də zəncirvari qəza baş verib – VİDEO

24 İyn, 2017
13:16
6863

Formula-2-də zəncirvari qəza baş verib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən Formula-2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub.

Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri bolidlər isə ardıcıllıqla bir-birinə çırpılaraq yararsız hala düşüblər.

Nəticədə sözügedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsilə trasdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri