24 
İyn
2017
22:20
128
26
9035
Virtual karabakh

Konfederasiyalar Kubokunun yarımfinalçıları məlum oldu – SİYAHI + VİDEO

24 İyn, 2017
22:20
9035

Konfederasiyalar Kubokunun yarımfinalçıları məlum oldu – SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən Konfederasiyalar Kubokunda bu gün III tura start verilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, turun ilk ilk oyun günündə A qrupunun qarşılaşmaları baş tutub.

Meksika Kazanda Rusiya ilə görüşdə məğlub duruma düşdüyü halda, hesabı öz xeyrinə dəyişməyi bacarıb - 2:1. Üstəlik, qonşu ölkə komandası 68-ci dəqiqədə Yuri Jirkovun qırmızı vərəqə almasından sonra azlıqda qalıb. Sankt-Peterburqda son Avropa çempionu Portuqaliya isə qrupda qalacağı dəqiqləşən Yeni Zelandiyanı darmadağın edib - 4:0.

Beləliklə, hərəyə 7 xal toplayan Portuqaliya və Meksika yığmaları qrupda ilk 2 yerin sahibləri kimi yarımfinala yüksəliblər. 3 xalı olan Rusiya ilə xalsız Yeni Zelandiya isə qrupda qalıb.

Konfederasiyalar Kuboku

24 iyun

A qrupu, III tur

19:00. Meksika - Rusiya - 2:1

Qollar: Nestor Araujo, 30. Hirvinq Lozano, 52 - Aleksandr Səmədov, 25

Qırmızı vərəqə: Yuri Jirkov, 68 (Rusiya)

Baş hakim: Fahad əl-Mirdasi (Səudiyyə Ərəbistanı)

“Kazan Arena”

19:00. Yeni Zelandiya - Portuqaliya - 0:4

Qollar: Kriştianu Ronaldu, 33. Bernardo Silva, 37. Andre Silva, 80. Luiş Nani, 90+1

Baş hakim: Mark Geyger (ABŞ)

“Sankt-Peterburq Arena”

Xal durumu: Portuqaliya - 7, Meksika - 7, Rusiya - 3, Yeni Zelandiya - 0.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri