25 
İyn
2017
19:12
76
406
9305
Virtual karabakh

Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi – FOTO + YENİLƏNİB

25 İyn, 2017
19:12
9305

Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, yarışda “Red Bull Racing” komandasının nümayəndəsi Daniel Rikardo finiş xəttini birinci keçib.

Valtteri Bottas (Mercedes) ikinci, Lens Stroll (Williams) isə üçüncü gəlib.

Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.

Qaliblərə mükafatlar təqdim olunub.

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim edib.

İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Azərbaycan Qran Prisi

1. Daniel Rikkardo (“Red Bull”) – 02:03:55.570
2. Valterri Bottas (“Mercedes”) – 02:03:59.474
3. Lens Stroll ("Willams") – 02:03:59.579
4. Sebastyan Fettel ("Ferrari") – 02:04:01.546
5. Luis Hamilton (“Mercedes”) – 02:04:01.758
6. Esteban Okon ("Force İndia") – 02:04:25.868
7. Kevin Maqnussen (“Haas”) – 02:04:37.323
8. Karlos Sayns (“Toro Rosso”) – 02:04:44.970
9. Fernando Alonso ("McLaren Honda") – 02:04:55.121
10. Paskal Verlyayn ("Sauber") – 02:05:24.663
11. Markus Eriksson ("Sauber") – 02:05:27.364
12. Stoffel Vandorn ("McLaren Honda") – 02:04:27.730
13. Roman Qrojan (“Haas”) – 1 dövrə az
Kimi Raykkonen ("Ferrari") – yarışı vaxtından əvvəl dayandırıb
Serxio Peres (“Force İndia”) – yarışı vaxtından əvvəl dayandırıb
Felipe Massa ("Willams") – yarışı vaxtından əvvəl dayandırıb
Niko Hülkenberq ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Colion Palmer ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Maks Ferstappen (“Red Bull”) – yarışı vaxtından əvvəl dayandırıb
Daniel Kvyat (“Toro Rosso”) - yarışı vaxtından əvvəl dayandırıb

Qeyd edək ki, pilotlar 51 dövrə vurublar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).

17:00

Bu gün Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində pilotların əsas yarışına start verilib.

Bu barədə Oxu.Az xəbər verir.

13:00

Bu gün Bakıda Formula-1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayacaq. 

Oxu.Az xəbər verir ki, yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.

Saat 15:30-da pilotların paradı olacaq. 17:00-da qran-pirinin həlledici mərhələsi başlayacaq. 

Azərbaycan Qran-prisinin start düzülüşü bu cürdür: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi “Force İndia”), Lens Stroll, Felipe Massa (hər ikisi “Williams”), Daniel Rikkardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber), Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).

Qeyd edək ki, pilotlar 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri