25 
İyn
2017
20:44
39
412
2123
Virtual karabakh

Azad Rəhimov: Qran-Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik

25 İyn, 2017
20:44
2123

Azad Rəhimov: Qran-Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qran-Pri gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Bu, bizim ilk qələbəmizdir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Formula-1 üzrə Azərbaycan Qran-Prisini dəyərləndirərkən deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran-Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım olub: “Statistikaya baxsaq, bütün biletlərin satıldığın görərik. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Hazırda “twitter”dəki haştaqlara görə “AzerbaijanGP” dünyada birinci yerdədir. “Bakı” isə 4-cü sıradadır. İndi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. Bu günə qədər Azərbaycanla bağlı bir dənə də olsun məlumat verməyən NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Qran-Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik. Gələn il də belə maraqlı məqamlar olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin qalibi “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri