26 
İyn
2017
14:14
115
78
2022
yuxarı
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib – FOTO
26 İyn, 2017
14:14
2022
115
78
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib – FOTO
İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.
Oxu.Az-ın məlumatına görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.
İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.
Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri nəzarət edib.
Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.
Qaliblər sertifikat və medallarla təltif olunub.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək