27 
İyn
2017
21:15
31
105
7722
Virtual karabakh

Məşhur futbol klubu satışa çıxarıldı

27 İyn, 2017
21:15
7722

Məşhur futbol klubu satışa çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb klub rəhbərliyi ilə azarkeşlər arasında yaşanan gərginlik olub.

Belə ki, Florensiya təmsilçisinin fanatları klubun sahibləri olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk “beşliy”ə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.

Rəsmi sayt vasitəsilə bəyan edilən xəbərdə qardaşların təklif gözlədiyi vurğulanıb: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznesmenlərlə görüşməyə hazırdır”.

Qeyd edək ki, 90 ildir fəaliyyət göstərən “Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri