29 
İyn
2017
10:36
41
58
3092
Virtual karabakh

“Qırmızı öküzlər”in pilotu Bakıda sürət rekorduna imza atdı

29 İyn, 2017
10:36
3092

“Qırmızı öküzlər”in pilotu Bakıda sürət rekorduna imza atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən il olduğu kimi, bu il də ölkəmizdə baş tutan Azərbaycan Qran-Prisində yüksək sürətlər qeydə alınıb.

Oxu.Az F-1.az-a istinadən bildirir ki, arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni avtomaşınlar arasında rekord olub. 

Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza etsə də, bundan bir qədər əvvəl onun RB13-ü düzlükdə 356.3 km/saat sürət yığa bilib.

Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlərdə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354.4 km/saat sürətlə kifayətlənməli olub.

Mövsümün sonuna kimi bu sürətlər yalnız iki trasda yenilənə bilər – İtaliya və Meksika Qran-Prilərini gözləməliyik.

Bu il texniki reqlamentdə olan ciddi dəyişikliklər üzündən ölkəmizdə baş tutacaq Qran-Pridə keçənilki nəticələrin yaxşılaşdırılması gözlənilmirdi. 

Xatırladaq ki, keçən il ölkəmizdə baş tutan ilk milli Qran-Prinin sıralanma turunda Williams komandasının sürücüsü Valtteri Bottasın göstərdiyi 366.1 km/saat sürət uzun müddət (Meksika Qran-Prisinədək) mövsümün rekordu qalmışdı. Keçənilki yarışda Lyuis Həmilton Neftçilər prospektindəki uzun düzlükdə 364.4 km/saat sürət yığa bilmişdi.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri