29 
İyn
2017
12:18
91
43
6175
Virtual karabakh

Formula-1 sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə - FOTO

29 İyn, 2017
12:18
6175

Formula-1 sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Formula-1 avtoçempionatına sahiblik hüququnu “Liberty Media” korporasiyasına satmış milyarder Berni Ekklstounun qızı Petra Ekklstoun 6 ildən bəri nikahda olduğu əri Ceyms Stentdən boşanır.

Oxu.Az Milli.Az-a istinadən bildirir ki, Petra və Ceyms 2011-ci ildə İtaliyada evlənmişdilər. Qədim qəsrdəki toy 12 milyon dollara başa gəlmişdi.

Londondakı Mərkəzi Ailə Məhkəməsinə boşanma ərizəsi ilə müraciət etmiş 33 yaşlı Petra Ekklstoun bəyan edib ki, əri onunla çox kobud, qaba və tərbiyəsizcəsinə davranır, spirtli içkilər içir, narkotik maddələr qəbul edir.

P.Ekklstoun 8 milyard dollarlıq varidata malikdir.

Bundan başqa, məhkəmədə cütlüyün 2011-ci ildə Los-Ancelesdə 182 milyon dollara satın aldıqları malikanənin də taleyi həll olunacaq.

Üç övlad atası, 35 yaşlı Ceyms Stent boşanma təzminatı olaraq varidatın yarıya bölünməsini tələb edir. Bundan başqa, o, Londonun Çelsi səmtindəki 130 milyon dollarlıq malikanəni də istəyir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri