29 
İyn
2017
13:16
234
69
21859
Virtual karabakh

Sabah “ilin toyu”dur: 260 şəxsi təyyarə, 300 cangüdən...

29 İyn, 2017
13:16
21859

Sabah “ilin toyu”dur: 260 şəxsi təyyarə, 300 cangüdən...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür.

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar.

İspaniya mediası məlumat yayıb ki, “ilin toyu” üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə Rosario hava limanına enib ki, bu da şəhər üçün rekord göstərici sayılır. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.

Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı sabah şəhərin mərkəzində iş başında olacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün bir neçə günlük xüsusi müqavilələr imzalanıb.

Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.

Argentina millisinin və “Barselona”nın futbolçularının, eləcə də, futbol dünyasının tanınmış simalarının toyda iştirakı gözlənilir. Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.

Argentina mətbuatı Rosario şəhərində son bir həftə ərzində canlanma yarandığını yazıb. Belə ki, şəhər tamamilə təmizlənib, divarlar Messinin şəkilləri ilə bəzədilib, bir çox yerdə ölkə bayrağı asılıb. Sakinlər “sanki başqa planetdə yaşayırıq” deməklə, vəziyyətdən məmnunluq bildiriblər. Messi-Rokkuzzo cütlüyü isə Leonun anadan olduğu evin bir neçə metr məsafəsində təşkil edilən mərasimlə ailə həyatı quracaq.

Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.

A.S.
www.oxu.az

                                                                                                                                    

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri