29 
İyn
2017
16:11
21
169
4505
Virtual karabakh

Arif Rəhimov: Biz indi qazanmadığımız pulları qazana biləcəyik

29 İyn, 2017
16:11
4505

Arif Rəhimov: Biz indi qazanmadığımız pulları qazana biləcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bazar günü səhər Formla-1 Azərbaycan Qran-Prisinə cəmi 900 satılmamış bilet qalmışdı. Bu, əyləşmə yerlərinin ümumi sayının cəmi 5 faizi deməkdir. Bildiyimə görə, bazar günü daha 500-600 bilet satılıb. Ola bilsin ki, kassalarda, ümumiyyətlə, bilet qalmayıb”.

Oxu.Az xəbər verir ki, bunu “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov F1News.ru” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bəzi yerlərdə biletlər satışa çıxarılmamışdı:  “Çünki həmin yerlərdən baxanda ağaclar yürüşü yaxşı müşahidə etməyə imkan vermirdi. Həmin yerləri satışdan çıxarmağımız yalnız bütün tamaşaçıların trası yaxşı görməsi üçün edilib. Prinsipcə, biz razıyıq. Keçənilki illə müqayisədə bilet satışı 28 faiz artıb. Beynəlxalq satışlara gəldikdə, bu göstərici düz iki dəfə artıb. Bu, çox yaxşı statistikadır. Biz illik planı yerinə yetirmişik”.

“Baku City Circuit”in icraçı direktoru “Liberty Media” ilə münasibətlərindən də danışıb: “Biz kommersiya məsələlərini müzakirə etməmişik, çünki yürüşün keçirilməsi ilə məşğul idik. Hesab edirəm ki, bizim kontraktın müddəti başa çatmayınca hər hansı güzəştləri və başqa məsələləri müzakirə etmək tezdir.

Ola bilsin ki, yaxın gələcəkdə biz danışıqlar masası arxasında əyləşərək sponsorluq baxımından bu günə qədər istifadə edilməmiş bütün məsələləri bağlayacağıq. Hər iki tərəfin öz ideyaları var və güman edirəm ki, həmin ideyalarla hamı razılaşacaq və biz indi qazanmadığımız pulları qazana biləcəyik”.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri