29 
İyn
2017
16:18
13
87
2224
Virtual karabakh

Azərbaycan Qran-Prisinin promouteri: Yarışın aprel ayında keçirilməsində müəyyən risklər var

29 İyn, 2017
16:18
2224

Azərbaycan Qran-Prisinin promouteri: Yarışın aprel ayında keçirilməsində müəyyən risklər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yürüşlər hazırda çoxları üçün maraqlıdır. Belə insanlar üçün yürüşün nə vaxt keçirilməsi mane olmayacaq”. 

Oxu.Az xəbər verir ki, bunu “Baku City Circuit”in icraçı direktoru, Azərbaycan Qran-Prisinin promouteri  Arif Rəhimov “F1News.ru” Azərbaycan Qran-Prisinin aprelin sonunda keçirilməsi məsələsinə aydınlıq gətirərkən bildirib.

O bildirib ki, Azərbaycan Qran-Prisinin aprel ayında keçirilməsində müəyyən risklər var: “Məsələn, hava şəraitinin o qədər də xoşagələn olmadığı Kanadada, yaxud Silverstounda nə qədər yürüş keçirilir! İngiltərədə yay vaxtı havanın hərarəti +10 dərəcə də ola bilər, +30 dərəcə    də. Çempionatda hava şəraitinin dəyişkən olduğu mərhələlər çoxdur.

Aprelin sonunda Bakıda hava çox pis olmur. Yaxşı istirahət günlərində bizdə hava günəşli və aydın, temperatur +23-24 dərəcə ola bilər. Təbii ki, müəyyən risklər var və iyun ayı ilə müqayisədə risklər daha yüksəkdir. Lakin bunun tamaşaçıların həmin mərhələyə baxmaq arzusuna güclü təsir göstərəcəyini güman etmirəm”.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri